Ana Sayfa > Ölkə > Yol qəzasında xəsarət alanların adları məlum oldu -

Yol qəzasında xəsarət alanların adları məlum oldu -


17-03-2023, 14:57. Yazar: sevinc1
Yol qəzasında xəsarət alanların adları məlum oldu -

Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

aia.az xəbər verir ki, yaralanan 5 nəfərin hamısı Biləsuvar sakinləridir.

Qəza zamanı 1967-ci il təvəllüdlü Valeh Məmmədov, 1987-ci ildə anadan olmuş Vahid Paşayev, 1962-cı il təvəllüdlü Fəridə Hadıyeva, 1981-ci ildə anadan olmuş Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova xəsarət alıb.



14:13

Biləsuvarda yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.

aia.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report

aia.az
Geri dön