Ana Sayfa > Siyasət > "Sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır" -

"Sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır" -


17-03-2023, 12:43. Yazar: sevinc1
"Sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır" -

“Vətəndaşların dərman təminatına əlçatanalığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib: “Bu yaxşı göstərici olsa da, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olmasını doğru hesab etmirik. Hazırda şəxs müalicə və müayinə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq tibb müəssisələrində olmadığı halda və dövlət xəstəxanasının göndərişi əsasında müraciət edə bilər ki, bu da vətəndaşın tibb müəssisəsini və həkimi seçmək hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır. Bizə çatan məlumatlara görə bu, inhisarlaşmağa və digər nüqativ hallara da yol açır. Bu qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır. Digər bir narahatlıq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlıdır. Bu qiymətlərə də yenidən baxılmasınını təklif edirəm”, - deyə komitə sədri bildirib.

aia.az
Geri dön