Ana Sayfa > Qərbi Azərbaycan > TƏBİB-dən yeni

TƏBİB-dən yeni


17-03-2023, 12:06. Yazar: sevinc1
TƏBİB-dən yeni

Azərbaycanda bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin edilib.

Bu arədə aia.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir.

Qeyd edək ki, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.

aia.az
Geri dön