Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə nazirinin müavini:

Səhiyyə nazirinin müavini:


16-03-2023, 11:26. Yazar: sevinc1
Səhiyyə nazirinin müavini:

"Azərbaycanda son illərdə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı davamlı yaxşılaşıb. Nəticədə ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanlar arasında gözlənilən sağlam ömür uzunluğu artıb".

aia.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində deyib.

Onun sözlərinə görə, tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib: "Bu baxımdan uzunömürlü yanaşmanın həm sosial, həm də iqtisadi cəhətdən idarə olunması qaçılmazdır. Tibbin imkanlarından istifadə etməklə insanların sağlam və produktiv yaşamasına, aktiv həyat tərzi sürməsini təmin etmək mütləqdir".

Nazir müavini bildirib ki, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi məqsədinə çatmaq üçün fəaliyyət istiqamətləri olaraq reproduktiv sağlamlığın təmin olunması, uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, uşaqların sağlam böyüməsinin təmin edilməsi və s. məsələlər müəyyənləşdirilib: "Səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır"./report

aia.az
Geri dön