Ana Sayfa > Cəmiyyət > Rusiyada xəstəxanaya silahlı hücum: ölənlər var

Rusiyada xəstəxanaya silahlı hücum: ölənlər var


4-07-2016, 16:46. Yazar: admin



Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində bir nəfər silahlı şəxs tibb mərkəzinə basqın edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə nəticəsində bir qadın həlak olub, yaralılar var.

Bu gün səhər saatlarında baş verən qanlı hadisədən sonra silahlı şəxs özünə başından atəş açaraq intihar edib.

Hazırda hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır.
Geri dön