Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda 49 yaşlı qadın özünü yandırmaq istədi

Bakıda 49 yaşlı qadın özünü yandırmaq istədi


29-08-2015, 14:52. Yazar: admin

Yaxınlıqdakı insanların müdaxiləsi ilə intiharın qarşısı alınıb.

Bakının 49 yaşlı qadın özünü yandıraraq intihar etmək istəyib.

Xəbəraz.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, avqustun 28 saat 15:35-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Patoloji Anatomiya Birliyinin binasının qarşısında 1966-cı il təvəllüdlü İsmayılova Zivər İslam qızı üstünə benzin tökərək özünü yandırmaq istəyib.

Xoşbəxtlikdən, yaxınlıqdakı insanların müdaxiləsi ilə intiharın qarşısı alınıb.

Polis intihara cəhd faktı üzrə araşdırmaya başlayıb.
Geri dön