Ana Sayfa > Seçilənlər > Heydər Əliyev aeroportu silahlı mühafizə altına alındı
Heydər Əliyev aeroportu silahlı mühafizə altına alındı4-07-2016, 15:53. Yazar: admin |
Heydər Əliyev Beynəlxalq Hava Limanında fövqəladə təhlükəsizlik rejimi tətbiq edilib. Virtualaz.org-un bu dəqiqələrdə orada olan əməkdaşı xəbər verir ki, aeroportun girəcəyində silahlı mühafizə postları qurulub. Ölkənin əsas hava limanına yalnız uçmaq üçün bileti olan sərnişinlər buraxılır və biletlər ciddi şəkildə yoxlanılır. Bundan başqa, bütün sərnişinlər ikiqat yoxlamaya məruz qalırlar. Silahlı hərbçilər sərnişinlərin yüklərini və avtomobillərini xüsusi vasitələrlə yoxlayırlar. Xatırladaq ki, ondan bir az əvvəl Bakının Heydər Əliyev prospektində maşınların hərəkəti dayandırılmışdı. Buna səbəb bomba həyəcanı olmuşdu. Belə ki, polisə zəng edərək prospektdəki körpüyə bomba qoyulduğu məlumatı verilmişdi. Bu səbəbdən də əraziyə FHN əməkdaşları, təcili yardım maşınları və polislər cəlb olunmuşdu. Amma bir saatlıq axtarışdan sonra ərazidən heç nə tapılmamışdı. Geri dön |