Ana Sayfa > Özəl > Ümummilli lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir.

Ümummilli lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir.


14-03-2023, 08:06. Yazar: sevinc1
Ümummilli lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir.

“Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir . Biz artıq hansısa bir ölkənin tərkibində deyilik , ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadi ilə, dünyada gedən prosseslərlə bağlıdır.”
Heydər Əliyev


Hər xalqın dirçəlişi, dünya arenasında öz sözünü deməsi, XXI əsrin sürətlə qloballaşan dinamik strukturuna hansı dərəcədə adaptasiya olunmasından xeyli dərəcədə asılıdır. Bu zaman əsas məsələ millətin bütün təbəqələrinə xitab edən inteqrativ ideyanın, yəni əsl milli məfkurənin mövcudluğu və dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.


Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab olunur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Resspublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizimdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Ümummilli lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük.



Ulu öndər millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu vətənpərvərliyin, vətən amalının formalaşmasında görürdü. Tarixi unutqanlıq millətin ruhunu öldürür, onun şərəf və ləyaqətinə ziyan vurur. Milli tariximizi bilmədən, keçmişimizə pozitiv yanaşmadan, tarixən itirdiklərimizi tənqidi dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən, eynilə də tarixi hadisələr və faktlardan razılıq hissi, yaxud məyusluq keçirmədən özündə vətənpərvərlik duyğusunu tərbiyə etmək, ulu babalarımızın pak adını və nəcib işlərini təhriflərdən və qarayaxanlardan qorumaq mümkün deyil. Özünün ictimai görüşlərində Heydər Əliyev belə bir düzgün metodoloji nəticəyə gəlir ki, özünüdərk çərçivəsində millət Vətən tarixinin bütün mühüm tarixi fakt və hadisələrinə yetkin vətəndaşlıq münasibətini müəyyənləşdirməli, tarixi prosesin məntiqinə ardıcıl riayət edərək dəyərlərə yeni düşüncə mövqeyindən baxmalı, özü də tarixə heç bir siyasi məqsədəuyğunluq ünsürləri daxil etməməlidir. Elə buna görə də təsadüfi deyil ki, özünün müstəqillik konsepsiyasında vətənin taleyi üçün məsuliyyət hissini mühüm struktur elementi kimi təqdim edir. Ulu öndər deyirdi: "Biz, yəni Azərbaycan xalqı, böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı əgər onun qəlbində doğrudan da azərbaycanlı hissiyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa bu yolla getməlidir"Ümummilli xalqımıza qazandırdığı milli siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasının mahiyyətini dərindən dərk edirdi. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi.

Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib.

Kəklik İbrahimova,
Qazax-Tovuz Regional Təhsil İdarəsi
Gədəbəy rayon Təhsil sektoru, Düzyurd kənd tam orta məktəbi direktor fəal gənc
Geri dön