Ana Sayfa > Manşet / Gündəm > Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycan Ağsaqqallar Şurasında olub
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycan Ağsaqqallar Şurasında olub13-03-2023, 10:29. Yazar: sevinc1 |
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycan Ağsaqqallar Şurasında olub. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Aparat rəhbəri Ramin Həsənli, həmçinin Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dekanı Orhan Çelik və rektorun müşaviri Ümmet Artuç iştirak ediblər. Görüş zamanı qardaş Türkiyə və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti, həmçinin bir sıra sahələr üzrə, o cümlədən təhsil sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Eldar Quliyev qardaş ölkədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ zamanı həlak olanların xatirəsini bir daha ehtiramla yad edərək uca Allahdan vəfat edənlərə rəhmət, yaralananlara şəfa diləyib. Hər zaman olduğu kimi bu gün də Azərbaycanın Türkiyənin yanında olduğunu və öz dəstəyini əsirgəmədiyini vurğulayıb. Qardaş ölkədə zəlzələ ilə bağlı yaranan çətinliklərdən söz açaraq əmin olduğunu bildirib ki, Türkiyə tezliklə bu problemlərindən də öhdəsindən gələcəkdir. Natiq, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardığı uğurlu xarici siyasət nəticəsində iki ölkə arasındakı əlaqələrin daha da genişlənəcəyini qeyd edib. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti haqqında da məlumat verilib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Ağsaqqallar Şuraları arasındakı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar səmimi qəbula görə təşəkkür edərək, qardaş Azərbaycan ilə hər bir sahədə daim əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Qonaqlar Azərbaycan Ağsaqqallar Şurasında yaradılan şəraitlə tanış olduqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib. Geri dön |