Ana Sayfa > Özəl > Qaz yataqlarımızı, sərmayələrimizi artırmışıq

Qaz yataqlarımızı, sərmayələrimizi artırmışıq


12-03-2023, 18:33. Yazar: sevinc1
Qaz yataqlarımızı, sərmayələrimizi artırmışıq

2016-cı ildə Azərbaycanda 29,33 milyard kubmetr qaz hasil olunub. Bu, 2015-ci ilin göstəricisindən 29,72 milyard kubmetr azdır. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR isə ötən il 6,27 milyard kubmetr qaz hasil edib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 6,87 milyard kubmetr olub.Azərbaycan daxili defisiti aradan qaldırmaq üçün ötən ildən etibarən İrandan qaz idxalına da başlayıb.
“Şahdəniz” – BP-nin başçılıq etdiyi beynəlxalq konsorsium bu yataqda əməliyyat aparır. Hesablamalara əsasən, “Şahdəniz” yatağında 1,2 trilyon kubmetr qaz var. Odur ki, Avropa şirkətləri bu yataq vasitəsilə 10 illiklər ərzində qaz tədarük oluna biləcəyinə ümid edir. Bununla, Avropanın rus qazından asılığı azalacaq.2006-cı ildən etibarən “Şahdəniz” yatağında əməliyyatlara başlanılıb. Bu yataqdan illik 10 milyard kubmetr qaz hasil olunur.2019-2020-ci illərdə isə yatağın işlənilməsinin ikinci fazasına start verilib. Yataqdan ildə 16 milyard kubmetr qaz hasil olunacağı gözlənilir. Bu qazın 10 milyard kubmetrinin Avropa ölkələrinə, 6 milyard kubmetrinin isə Türkiyəyə nəqli planlaşdırılır.Bakıdan 75 kilometr cənub-şərqdə, Xəzər dənizinin 170 metr dərinliyində “Ümid” yatağı da var. 2010-cu ildə SOCAR bu yataqda 200 milyard kubmetr qaz, 30 milyon ton qaz kondensatın aşkar olunduğunu açıqlayıb. Şirkət daha sonra yatağın illik potensialının 2-3 milyard kubmetr olduğunu da bəyan edib. SOCAR “Ümid” yatağının istismarına xarici şirkətləri cəlb etməyi planlaşdırmışdı. Lakin enerji resurslarının qiymətinin düşməsi ilə bu plan təxirə salınıb.“Bulla-dəniz” – 1975-ci ildən istismar olunan bu yataq “Şahdəniz”dən qabaq Azərbaycanda tapılmış ən böyük qaz yatağı hesab olunurdu. Hesablamalara əsasən, bu yataqda 110 milyard kubmetrdən çox qaz var. “Bulla-dəniz”dən 1975-ci ildən etibarən 62 milyard kubmetr qaz, 12 milyon ton neft və qaz kondensat hasil olunub.SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov “Reuters”ə bildirib ki, “Bulla-dəniz” yatağından qaz hasilatının illik 1 milyard kubmetrə çatdırılacağı gözlənilir. O, bu yatağın uzunmüddətli perspektivinin olduğunu bildirib.“Abşeron” yatağı isə Xəzər dənizində, Bakıdan 100 kilometr cənub-şərqdə, “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Bu yatağın sahəsi təxminən 270 kvadrat kilometrdir. Qeyd edək ki, “Abşeron” yatağı 2011-ci ildə kəşf olunub. Hesablamalara əsasən, bu yataqda 350 milyard kubmetr qaz, 45 milyon ton qaz kondensat var.Ötən ilin noyabrında SOCAR ilə Fransanın “Total” neft-qaz şirkəti arasında “Abşeron” bloku üzrə saziş imzalanıb. Bu yataqdan 2021-2022-ci illərdə qaz hasil ediləcək. 2025-ci ildən, yaxud bu dövrdən sonra isə “Abşeron” yatağından sabit səviyyədə qaz hasilatı gözlənilir. “Abşeron” yatağından sabit səviyyədə illik 5 milyard kubmetr qaz hasil olunacağına ümid edilir.Azərbaycanın ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli”də isə 200 milyard kubmetr qaz ehtiyatı var. SOCAR bu yataqdakı qazın istismarı ilə bağlı BP ilə danışıqlar aparır.Qaz yataqlarının inkişafı Azərbaycanın gələcək sənayesinin inkişafı üçün misilsiz rol oynayacaqdır.Qaz yataqlarının istismarına xüsusi diqqət göstərilməlidir, çünki qaz tükənib bərpa olunmayan təbii ehtiyatdır, ondan düzgün istifadə etməmək gələcək 100 ildə onun tükənməsi səbəb ola bilər, buda sənayemiz üçün faciə ilə nəticələnər.

Günay Tairli,
ADPU Könüllüləri Təşkilatında İcraçı Direktor.
Geri dön