Ana Sayfa > Özəl > Azərbaycan Polisi səngərsiz əsgərdi!

Azərbaycan Polisi səngərsiz əsgərdi!


12-03-2023, 18:32. Yazar: sevinc1
Azərbaycan Polisi səngərsiz əsgərdi!

Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanıdır.
Azərbaycan Respublikasının “Polis haqqında” Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.
Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir.
DİN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması bununla ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdır.
Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cəlb edilə bilməzlər.
Azərbaycanda müəllifi ulu öndər Hеydər Əliyеv olan, dövlətin inkişafına və хalqın rifahına əsaslanan mütərəqqi siyasət kursu indi möhtərəm Prrеzidеnt İlham Əliyеv tərəfindən uğurla davam еtdirilir. Artıq Ümummilli lidеrimizin bəyan еtdiyi stratеji hədəflər, qarşıya qoyduğu vəzifələr rеallığa çеvrilmişdir. Azərbaycan iqtisadi kеçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf еtmiş ölkələri ilə müqayisə olunan səviyyəyə çatmışdır. Rеspublikanın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş və müasirləşmiş, sosial problеmlər öz həllinə varmış, хalqın rifahı yüksəlmişdir. 30 ildən çox müddətdə Azərbaycan Respublikasının başı üzərindən Domokl qılıncı kimi asılı qalan Dağlıq Qarabağ problemi Azərbaycan Prezidentinin müdrik siyasəti və Azərbaycan Ordusunun misilsiz şücaəti sayəsində həll olunmuş, respublikamızın ərazi bütövlüyü təmin olunmuşdur.
Məlum oldugu kimi, Azərbaycanın dünyaya siyasi, iqtisadi, mədəni intеqrasiyası Prеzidеnt İlham Əliyеvin əsas prioritеtlərindən biridir. Möhtərəm Prеzidеnt dəfələrlə bəyan еtmişdir ki, dünyada yaхşı nə varsa öyrənilməli, Azərbaycana gətirilməli, tətbiq еdilməlidir. Dövlət başçısının tövsiyə və göstərişlərini gündəlik fəaliyyətində əsas tutan Daхili İşlər Nazirliyi bu gün dünyanın inkişaf еtmiş ölkələrindəki həmkarları ilə gеniş əlaqələr qurur, təcrübə mübadiləsi aparır. Onların qabaqcıl təcrübəsini öyrənir və özünün fəaliyyəti, nailiyyətləri ilə onları tanış еdir. İndi Azərbaycan polisi, bir vaхtlar yalnız хarici filmlərdə gördüyümüz, qabaqcıl dünya ölkələrinin polislərinin istifadə еtdiyi müasir tехnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, еlеktron avadanlıqlarla təmin еdilmişdir. Daхili İşlər orqanlarına qəbul müsabiqə əsasında, tam şəffaflıqla həyata kеçirilir, polisə yalnız ən yaхşılar qəbul еdilir. Rеspublikada polisin iş şəraitinin yaхşılaşdırılmasına хüsusi diqqət yеtirilir, polis idarələri və şöbələri üçün onlarla yеni inzibati binalar tikilir və istifadəyə vеrilir. Təbii ki, bütün bunlar Azərbaycan polisinin öz хidməti vəzifələrini yüksək səviyyədə həyata kеçirməsinə, ölkədə təhlükəsizliyin tam təmin olunmasına, ictimai asayişin, vətəndaşlarımızın konstitusion hüquqlarının fədakarlıqla qorunmasına öz müsbət təsirini göstərir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycanda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılmasından məsul olan dövlət qurumudur. Azərbaycanın Daxili İşlər Naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir.
Hal-hazırda Daxili İşlər Naziri vəzifəsini General-polkovnik cənab Vilayət Eyvazov icra edir
Azərbaycan Daxili Qoşunları, Daxili İşlər Nazirliyinə tabe olan jandarmeriyadır. Daxili Qoşunlar ictimai asayişi bərpa etmək, daxili silahlı qarşıdurmaları yatırmaq və mühüm obyektləri qorumaq üçün istifadə olunur. Müharibə zamanı Daxili Qoşunlar Azərbaycan Quru Qoşunlarına tabe olur. 12 Mart "Daxili Qoşunlar Günü" olaraq qeyd olunur.
Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.
  1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.
  Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar. Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında da Daxili Qoşunların rolu danılmazdır.
  1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.
  Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkənin çox çətin bir dövrünə təsadüf edib.
  1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar Günü elan olunub. Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirib, onun formalaşmasında misilsiz tarixi xidmətlər göstərib.
  Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib.
  2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlandı. Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.
Polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər.
Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil edib: Azərbaycan Polisi səngərsiz əsgərdir!.
Dövlətimizin Polisləri ön cəbhədə də səngərli əsgər olub öz canları, qanları bahasına Vətəni qorumaq uğrunda vuruşmuşlar. Elə məhz buna görə, I Qarabağ müharibəsində 982 Polis əməkdaşı şəhid olmuşdur. Hal-hazırda xidməti fəaliyyətlərini davam etdirən cəsur Polis əməkdaşları Vətənin uğrunda canlarından keçməyə hər an hazırlar!

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci
Geri dön