Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Ulu Öndər Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir


10-03-2023, 09:58. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan etməsi haqqında Sərəncam imzalaması bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin əməli ifadəsidir. Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq 53 ildir ki, Ulu Öndər Heydər Əliyev epoxasında qurub-yaradır və ölkəmiz bu uzaqgörən dahi şəxsiyyətin ideallarının işığında hərtərəfli inkişaf edir. Bu tarixi epoxanın bütün parlaq hadisələri və nailiyyətləri Ümummilli lider Heydər Əliyevin ölməz adı və ideyaları ilə üzvi surətdə əlaqədardır. XXI əsrin dünya liderlərindən biri olan cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi ilə Ulu Öndər Heydər Əliyev epoxasının yeni bir erasını yaradıb. “Heydər Əliyev İli” bu dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları ilə əlaqədar bir çox mühüm məsələlərə yenidən və əsaslı qayıdışa şərait yaradacaq. Görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq qazandığı Ümummilli liderlik statusunun elmi, siyasi-fəlsəfi əsaslarının sistemli və hərtərəfli şəkildə araşdırılıb öyrənilməsi dünya elmi fikrində mühüm bir yenilik ola bilər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi dünya miqyasında dövlət rəhbəri etalonu olaraq elmi şəkildə təqdim etmək müasir dünyanın ehtiyacı olduğu tarixdə şəxsiyyətin rolu və missiyası kimi böyük siyasi-tarixi dəyərlərin parlaq bir modelini yaratmağa xidmət edər.
Haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yeri və rolunu real şəkildə əks etdirən fundamental və sistemli elmi əsərlərin, dahi şəxsiyyətin elmi bioqrafiyasının, müxtəlif janrlarda yazılmış parlaq ədəbiyyat və incəsənət əsərlərinin yazılmasına ehtiyac var. Azərbaycanın elmi-intellektual potensialı, yaradıcı ziyalılarımız və alimlərimiz “Heydər Əliyev İli”nin çağırışlarına Heydər Əliyevin ömür və mübarizə yolunun dərslərini, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarını dərindən və əsaslı şəkildə əks etdirən fundamental elmi və parlaq bədii əsərlərin xalqımıza və xarici dillərdə dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər edəcəklər. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacaqdır. Bu mənada “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcək. Bu həm də ümummilli lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir. “Heydər Əliyev İli” müasir nəsillər üçün görkəmli dövlət xadiminin adına və ideallarına layiq şəkildə yaşamaq və işləməyə çağırış kimi də mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətt bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ulu Öndərin də vəsiyyəti yerinə yetirildi, Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.

Beləliklə, yaşadığımız siyasi reallıqlar sübut edir ki, dünyaşöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev zəngin dövlətçilik təcrübəsi olan, xilaskar, nüfuzlu və fenomen lider kimi xalqımızın qəlbində əbədi yaşayacaq. Ulu Öndər Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Azərbaycan xalqı qarşısında Ümummilli Liderin bütün bu xidmətlərini nəzərə alan cənab Prezident İlham Əliyev sentyabrın 29-da imzaladığı Sərəncamla 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan edib. Öz xalqını tarixin mürəkkəb sınaqlarından uğurla çıxaran Ulu Öndər Azərbaycan dövlətinin və xalqımızın hörmətinə layiqdir. Buna görə də, birmənalı demək olar ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə böyük ehtiramın təcəssümüdür. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursu uğurla davam etdirilərək Azərbaycanı qalib ölkəyə çevirmişdir. Ümumimilli Lider Heydər Əliyevin 100 illik yubileyi tamam olacağını nəzərə alaraq, 2023-cü ili “Heydər Əliyev İli” adlandırılması xalqımızın arzuladığı bir qərardır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov
Geri dön