Ana Sayfa > Özəl > Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin doğum günüdür
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin doğum günüdür9-03-2023, 14:36. Yazar: sevinc1 |
Çox hörmətli Samir müəllim, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etməyə bilmərəm ki, Sizin artıq gənc yaşlarınızdan məsul vəzifələrdə çalışmağınız və 2019-cu ildə möhtərəm dövlət başçımız cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməyiniz ilk növbədə ölkə rəhbərliyi tərəfindən Sizə yüksək etimad göstərildiyindən xəbər verir. Əlbəttə ki, bu etimadı Siz malik olduğunuz geniş spektrli elmi və təcrübi bilikləriniz, peşəkarlığınız və hər bir işə məsuliyyətlə yanaşma tərzinizlə bərabər, eyni zamanda da Azərbaycan dövlətçiliyinə və bu dövlətçiliyin əsasında duran Heydər Əliyev siyasət strategiyasına sadiqliyinizlə qazanmısınız. Sizin bu günkü fəaliyyətiniz, xüsusilə də Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasi kursun uğurla həyata keçirilməsi yönümündə göstərdiyiniz səylər də Azərbaycan dövlətinin daha da güclənməsi, xalqımızın rifahının daha da yüksəlməsi işinə dəyərli töhfələr verir. Çox hörmətli Samir müəllim, Sizi bir daha doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm, Sizə uzun ömür, möhkəm can sağlığı və dövlətimizin yüksəlişi, ölkənin inkişafı naminə gördüyünüz bütün işlərinizdə uğurlar diləyirəm! Qoşqar Haqverdiyev Geri dön |