Ana Sayfa > Özəl > Məşədiəli Ağayevin adı heç zaman unudulmur, daim ehtiramla xatırlanır

Məşədiəli Ağayevin adı heç zaman unudulmur, daim ehtiramla xatırlanır


9-03-2023, 13:15. Yazar: sevinc1
Məşədiəli Ağayevin adı heç zaman unudulmur, daim ehtiramla xatırlanır

Məlumdur ki, bu işıqlı dünyaya göz açan hər Adəm övladının bir ömür payı, rangarəngliklərlə dolu həyat yolları olur. Yaxşı hal o olur ki, hər kəs yaşadığı ömür yollarında atdığı addımları ilə silinməz izlər buraxır, insanların qəlbində özünə qarşı rəğbət hissi, sevgi duyğusu formalaşdırmağı bacarır. Haqqında bəhs etdiyimiz mərhum Ağayev Məşədiəli Ağarza oğlu da, məhz sağlığında ikən insanların sevgisini qazanmağı bacarmış, qəlbində doğma Vətəninə və istəkli xalqına qarşı sevgi hissi gəzdirmişdir. Əldə etdiyimiz məlumatlara görə, Məşədiəli Ağayev yaşadığı ömür yollarında elə bir izlər buraxır ki, bu gün də onun atdığı addımlar unudulmur, yaddaşlardan heç cür çıxarılmır. Bəli, bu cür halların varlığı əvəzsiz dəyərdir, hər kəsin adı çəkilən bu şəxsə qarşı göstərdiyi insani münasibətin varlığıdır.

Qeyd edək ki, Məşədiəli Ağayev 28 avqust 1965-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olmuş və o, 11 mart 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs gənc yaşlarında ikən əmək fəaliyyətinə başlayır və hər zaman halal zəhməti ilə ailəsinə çörək qazanmağı qarşısına əsas məqsəd qoyur. Məşədiəli Ağayevin yaxınlarının bildirdiyinə görə o, uzun illər Maştağa qəsəbəsinin Seyidlər məhəlləsindəki qəbristanlıqda qəbirdaşı ustası işləmiş və hər vaxt xeyriyyəçilik ənənələrini davam etdirmişdir. Bu şəxsin babası ilk əvvəl qalayçı olur və sonra yanğınsöndürmə sahəsində çalışsa da, daha sonra isə, o da həmin qəbristanlıqda işləyir.

Hal-hazırda Məşədiəli Ağayevin qardaşıoğlu da 21 ildir ki, Seyidlər məhəlləsindəki qəbristanlıqda çalışır və o, bu gün Maştağa qəsəbəsi, döngə-3, ev-30 ünvanında yaşayır. Qeyd edək ki, bu qəbristanlıq Maştağa qəsəbəsinə olduqca yaxın ərazidə yerləşir. Belə bir səbəbdəndir ki, 30 ildən çox müddət ərzində Məşədiəli Ağayevin atası və özü burada işləmiş, hal-hazırda isə bu şəxsin qardaşıoğlu həmin qəbristanlıqda əmək fəaliyyətini davam etdirməkdədir.

Unutmaq olmaz ki, sağlığında xeyirxah əməllərini davam etdirən Məşədiəli Ağayevin adı, bu gün də hər yerdə hörmətlə-izzətlə çəkilir, ehtiramla yada salınır. Çünki, bu şəxsin əsas bir amalı olur ki, o da o, böyük Allah-Təalanın qarşısında savab işlər görmək və xeyirxah addımlarını atmaq olur.

Nüsrət İsəoğlu
Geri dön