Ana Sayfa > Seçki 2024 > Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə erkən nikahın mənfi təsirlərinə həsr olunmuş “Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirildi

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə erkən nikahın mənfi təsirlərinə həsr olunmuş “Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirildi


9-03-2023, 11:43. Yazar: sevinc1
Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə erkən nikahın mənfi təsirlərinə həsr olunmuş “Qırmızı” adlı qısametrajlı filmin nümayişi keçirildi

Filmdə oxuyub hüquqşünas olmaq arzusunda olan 14 yaşlı yeniyetmənin erkən nikaha məcbur edilməsi və evliliyin mənfi nəticələrlə sonlanması əks olunub.
Filmdə peşəkar aktyorlarla yanaşı gənclər də iştirak ediblər.

Tədbir çıxışlarla davam edib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Nərgiz Babayeva filmin yaradıcı heyətinə təşəkkür edib, erkən nikahın fəsadlarından danışıb. Çıxışçı qismində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova , yazıçı,publisist Zöhrə Əsgərova, Sabunçu rayonu məktəb direktorları, vəkillər kollegiyasının üzvləri ictimaiyyət və media nümayəndələri və s çıxış edərək erkən nikahların qarşısını almaq, təhsilin yarım qalması, qadının bu səbəblə gələcəkdə iqtisadi çətinliklə üzləşməsi, yaranan psixoloji problemlər və bu şəraitdə dünyaya gətirilən övladların tərbiyəsinə düzgün istiqamət verilməməsi və yaratdığı fəsadlar haqqında maarifləndirmə işlərinin aparılmasının önəmini vurğulayıblar.

Tədbirdə eyni zamanda, Təhsil , Səhiyyə və Mədəniyyət müəssisələrinin üzvləri də yaxından iştirak ediblər.

Sonda isə müğənni-bəstəkar Elza xanım Seyidcahan öz ifası ilə xanımları qarşıdan gələn 8 mart Qadınlar bayramı münasibətilə təbrik edib.



Geri dön