Ana Sayfa > Siyasət > ÜST-ün rəhbəri İlham Əliyevə təşəkkür etdi
ÜST-ün rəhbəri İlham Əliyevə təşəkkür etdi9-03-2023, 11:20. Yazar: sevinc1 |
![]() “Azərbaycan Prezidentinə təşəkkür edirəm, müəyyən səbəblərdən Forumda iştirak edə bilmirəm”. aia.az xəbər verir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus videomesajında bildirib. Tedros Adhanom Ghebreyesus deyib ki, problemləri bizi birləşdirən meyar kimi götürməli, ümumi səhiyyəyə diqqət yetirməliyik: “Səhiyyənin siyasiləşdirilməsi yolverilməzdir, vahid proqram gərəklidir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və səhiyyə ilə bağlı ümumi qaydalar müəyyənləşsi”. ÜST-ün baş direktoru qeyd edib ki, bu gün çağırışlar öncəki dövrlərlə müqayisədə azalmayıb: “Bunlar bizi ayırmamalı, birləşdirməlidir”. aia.az Geri dön |