Ana Sayfa > Özəl > Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadinlar seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadinlar seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.9-03-2023, 10:27. Yazar: sevinc1 |
Tariximizə nəzər yetirsək görərik ki, Azərbaycan qadını hər zaman öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, yurd naminə canlarını qurban verməkdən belə çəkinməmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişlər.Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub.1918 çi ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra bir çox sahələrdə islahatlar həmçinin yeniliklər həyata Azərbaycan Şərq də ilk demokratik dövlət olmaqla yanaşı,qadınlara səs vermə hüquq verən ilk ölkədir.Nəzərə alsaq ki dünyanın bir çox öndə gələn ölkələrində o dövürlərdə qadınların bu hüquqları yox idi.ABŞ da 1848 ildən başlayaraq qadınlar seçkilərdə iştirak edə bilmək hüquq əldə etmək üçün mübarizəyə başladılar və bundan duz 72 il sonra buna nail ola bildilər.Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olaraq, seçki hüququnun tam təmininə görə dünyada ilk pillələrdədir. Tarixi ədəbiyyatda dünyada qadınlara ilk seçki hüququnun verildiyi ölkə kimi Yeni Zelandiyanın adı çəkilir. Bu ölkə 1893-cü ildə qadınların seçkidə iştirak hüququnu tanıyıb. Lakin bu, bütün təbəqədən olan qadınlara aid deyildi, eləcə də, qadınların namizəd ola bilməsi məhdudlaşdırılmışdı. Yeni Zelandiya seçki hüququnun tam təmin olunmasına ötən əsrin 20-ci illərindən sonra nail ola bildi. Hərçənd, həmin vaxt Azərbaycanda bütün təbəqələrdən olan qadınların səsvermə hüququ təmin olunmuşdu.Həmçinin bu illər Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas məqsədi isə qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.Yaşadığımız bu dövürdə belə dünayanın bir çox ölkələrində qadınların hüquqları tapdalanır.Misal olaraq Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq 2015-ci ildə bələdiyyə seçkilərində səs verə bildilər. Bu ölkədə qadınlara maşın sürmək qadağan olunub. Qadınlar atalarının ,həyat yoldaşının razılığı ilə təhsil ala bilər, evindən çıxıb harasa gedə bilərlər.Ümumiyyətlə bu ölkəde qadınların cəmi 15% işləyib təhsil ala bilir.Bizim ölkəmizdə isə XlX əsr də belə Azərbaycan qadınları fəallığı və böyük yaradıcılıq uğurları ilə seçilirlər.Buna misal olaraq Xurşidbanu Natəvan,Fatma xanım Kəminənin ve başqalarının yaradıcılığı diqqəti cəlb edir.Zaman keçdikcə ölkədə baş verən iqtisadi siyasi proseslərə qadınların maariflənməsinə və ictimai həyatda daha da fəal iştirak etməsinə təkan verdi.Ulu Öndərimiz Heydər Əliyev qadın hüquqlarının qorunması , onların ictimai fəaliyyətinə hər zaman xüsusi diqqət yetirmişdir.Ulu öndər hər zaman deyirdiki, “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.Qadınlar cəmiyyətin əsas özəyidir.Qadın anadır, çiyinlərində övlad yükü daşımaqdı,ailəsinin hər əzabına sinə gərməkdir. Qarnı ackən toxam deyib, son tikəsini övladına yedirəndi. Qadın saçları ağarana, beli bükülənə, əlləri titrəyənə qədər həyat yoldaşı, övladları üçün canını fəda edəndi.Mən cəmiyyətimiz də hər zaman öz ayyaqları üstündə durmağı bacaran ali təhsili olsun olmasın özünü inkişaf etdirən, güclü, mərd qadınlar arzu edirəm. Xəlilova Sərvinaz , Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |