Ana Sayfa > Özəl > Anar Nəbiyev: "Gəlin təbrik edək biz qadınları !"

Anar Nəbiyev: "Gəlin təbrik edək biz qadınları !"


9-03-2023, 10:09. Yazar: sevinc1
Anar Nəbiyev: "Gəlin təbrik edək biz qadınları !"

 “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar.” Bəli, bu müdrik kəlamlar Ulu Öndərimiz, Dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Ölkəmizdə qadın hərəkatı, dövlət qadın siyasəti, onun dövlət səviyyəsinə qaldırılması məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunlar qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır.
Bu gün Azərbaycanda əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük yüksəliş mərhələsinə qədəm qoymuş, qadınlara göstərilən dövlət qayğısı daha da gücləndirilmiş, qadınların Azərbaycan cəmiyyətindəki mühüm rolu daha da artmışdır.
44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin anaları da məhz, fədakar Azərbaycan qadınlarıdır. Azərbaycan qadını - Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşıdır.
Azərbaycan qadınlarının simvolu, Birinci vitse - prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı, Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması yönümündə həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan layihələr dünyanın bütün lider qadınlarına bir örnəkdir. Odur ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti, isməti və gözəlliyi, cəmiyyətdəki fəal rolu ilə dünya qadınlarına bir nümunədir.

"Gəlin təbrik edək biz qadınları !"

Odur Ana , bacı , həyat yoldaşı ,
Bəzən də adlanır o qız qardaşı ,
Hər güclü kişinin var öz sirdaşı ,
Bu həyatın mənası olanları ,
Gəlin təbrik edək biz qadınları !

Aslanın erkəyi , dişisi olmaz ,
Həyat yollarında heç vaxt yorulmaz ,
Nigardan , Həcərdən heç geri qalmaz ,
Nənəmiz Həvvanın yadigarları ,
Gəlin təbrik edək biz qadınları !

Övladına atadan da çox yanan ,
Hamıdan gec yatıb , erkən oyanan ,
Sonadək meydanda məğrur dayanan ,
Bizi başlarına tac sananları ,
Gəlin təbrik edək biz qadınları !

Hər ocaqdan gəlsin qoy qadın səsi ,
İsitsin hər evi qadın nəfəsi ,
Bəzən də övlada ata əvəzi ,
Kişi kimi qeyrəti olanları ,
Gəlin təbrik edək biz qadınları !

Ən gözəldir Azəri qadınları ,
Dünyaya gətirən qəhrəmanları !
Qoy sevinclə keçsin bütün anları ,
Namus , abır , həya qoruyanları ,
Gəlin təbrik edək biz qadınları !

Gəlin, təklif edək yeni bir qayda ,
Yada düşməsinlər , yalnız bu ayda ,
İlin dörd fəslində , on iki ayda ,
Əzizləri , qohumları , dostları ,
Gəlin təbrik edək biz qadınları !
Gəlin təbrik edək biz qadınları !

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön