Ana Sayfa > Seçki 2024 > Göygöl rayonunda “Heydər Əliyev İli” ilə bağlı tədbirlər davam edir

Göygöl rayonunda “Heydər Əliyev İli” ilə bağlı tədbirlər davam edir


7-03-2023, 15:59. Yazar: sevinc1
Göygöl rayonunda “Heydər Əliyev İli” ilə bağlı  tədbirlər davam edir

YAP Göygöl rayon təşkilatı Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilatının üzvləri və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən bir qrup qadınlar iştirak ediblər.

Əvvəlcə tədbirdə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin, həmçinin Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. O bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil. Vüqar İsayev vurğulayıb ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyev Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib. Azərbaycan qadınlarının bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkilməsini, yüksək vəzifələrə təyin edilməsini, xüsusən elm və təhsil sistemində onların layiqli iştirakına dəstək göstərilməsini əsas vəzifə kimi prioritet hesab etmişdir. YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədri İsmayıl Əvəzov çıxışında qadınları əlamətdar gün və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini vurğulayaraq, bu gün qadınların ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunduqlarını bildirmişdir.

Tədbirdə digər çıxış edənlərdən Vüsal Məmmədov, Pünhan Qasımova və digərləri Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın daxili və xarici siyasətində qazandığı böyük uğurlarda təsdiqini tapdığı kimi, qadın hüquqlarının müdafiəsinin, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsinin də dövlət siyasətində prioritet istiqamətə çevrildiyini qeyd ediblər. Bu gün Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Azərbaycan qadını həm dövlət qulluqçusudur, həm də ictimai-siyasi xadimdir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti görünməsin. Bəli, müasir həyatımızda Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Sonra ərazi partiya təşkilatının həyatında fəallıq göstərən bir qrup qadına hədiyyələr təqdim olunub.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bu gün onların həyatında çox əlamətdar bir hadisə kimi qalacağını, inkişaf, müasirlik və qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmağın böyük məsuliyyət və şərəf olduğunu bildiriblər.

Geri dön