Ana Sayfa > Özəl > Fransanın aparıcı dövlət kimi Beynəlxalq Təşkilatlardakı fəaliyyətinə xitam verilməlidir

Fransanın aparıcı dövlət kimi Beynəlxalq Təşkilatlardakı fəaliyyətinə xitam verilməlidir


7-03-2023, 09:46. Yazar: sevinc1
Fransanın aparıcı dövlət kimi Beynəlxalq Təşkilatlardakı fəaliyyətinə xitam verilməlidir

Bu gün dünyanın əksər bölgələrində münaqişələr, çəkişmələr hökm sürür. Bizim dövlətimizin yerləşdiyi Cənubi Qafqaz da münaqişə bölgəsi kimi illərdir ki, ağır, gərgin hadisələrin ocağına çevrilib. Azərbaycan və Gürcüstan haqsız olaraq, münaqişəyə sürüklənən dövlətlər olaraq, artıq 30 ildən artıq bir zamandır ki, sakit həyat tərzi yaşamaqdan məhrum olmuşlar.Əlbəttə ki, müharibənin törətdiyi fəsadlarla hər kəs tanışdır.
Müstəqil Azərbaycan dövləti Qarabağ mühaqişəsinin sülh yolu ilə həll ediləcəyi ümidi ilə 30 yaxın bir müddətdə gözlədi. Lakin Beynəlxalq Təşkilatlar tərəfindən verilən vədlərin həyata keçməməsi və sadəcə kağız üzərində olması təbii ki, səbrimizin tükənməsinə, onlara qarşı olan ümidlərimizin qırılmasına səbəb oldu. Qəlbimizdə günü-gündən güclənən Vətən , torpaq sevgisi , torpaqlarımıza qovuşacağımız günü get-gedə yaxınlaşdırırdı. Təbii ki, yerləşdiyi coğrafi ərazidə Azərbaycanı istəməyən təkcə qonşu Ermənistan deyildi, onların himayədarları olan bir sıra dünya dövlətləri , o cümlədən onlara bu gün də xüsusi himayədarlıq gıstərən Fransa dövləti mövcud idi. ATƏT-in Minsk qrupunun üzvü olan 3 dövlətdən biri kimi Fransa neytral , ədalətli , humanist mövqe sərgiləməli olduğu halda , bütün sadalananların əksini nümayiş etdirirdi. Öz çirkin əməlləri, yürütdüyü murdar siyasəti ilə artıq bu dövlət Azərbaycan xalqının nifrətini , kinini qazanmışdır.
Yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi sözdə bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, xüsusilə, münaqişənin nizama salınması prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də böyük dövlətlərin təcavüzkarla təcavüzə məruz qalan tərəfə eyni yanaşması “ikili standartlar” siyasətinə sübutdur  və oların ədalətli vasitəçiliyinə olan inamı heçə endirmişdir.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün ərzində başa çatan Vətən müharibəsindəki Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransa , elə müharibə dövründə də yürütdüyü yalan, iftira dolu siyasəti ilə bizim bu dövlətə qarşı olan haqlı nifrətimizi sübuta yetirmiş oldu. Öz kiçik bacılara olan Ermənistana kömək etmək üçün bütün vasitələrə əl atan bu dövlət , artıq dünyanın aparıcı dövlətləri yanında da öz etibarını, nüfuzunu itirdi və tənqid atəşinə tutuldu. Fransanın və Ermənistanın əksinə olaraq, Azərbaycan dövləti öz siyasi lideri Prezident İlham Əliyev cənablarının yürütdüyü ədalətli , sülhə hesablanmış düzgün siyasət nəticəsində dünya dövlətlərinin etibarını, etimadını qazanaraq yeni-yeni uğurlara imza atmaqda bu gün də əzmlə davam edir.
Cənab Prezidentin xüsusi nəzarəti ilə dövlətimiz hazırki zamanda işğaldan azad olunan torpaqlarımızda bərpa , quruculuq işləri həyata keçirməklə , həmin ərazilərdə canlanma yaratmağa başlayıb. Bəzi məqamlarda Fransa kimi bir sıra dövlətlərin bu inkişaf modelimizi əngəlləmək istəklərinə baxmayaraq, mübariz xalq olduğumuzu bir daha sübuta yetirməli , qarşıdakı hədəflərimizə çatmaq üçün ruhdan düşməməliyik.
İnanırıq ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi və xalqımızın onun ətrafında yumruq kimi birləşməsi nəticəsində biz bütün əzəli torpaqlarımıza sahib çıxacağıq.
Göstərdiyi bütün fəaliyyəti dövründə ikili standartlara üstünlük verməsi Fransanın heç bir Beynəlxalq Təşkilatda aparıcı dövlət kimi çıxış etməsinə layiq olmadığını aşkar şəkildə sübut edir. Odur ki, düşünürəm ki, belə bir dövlətin ATƏT-in Minsk qurupunun üzvü kimi fəaliyyətinə xitam verilməlidir.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Geri dön