Ana Sayfa > Siyasət > Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək
Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək6-03-2023, 11:14. Yazar: sevinc1 |
Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək. aia.az xəbər verir ki, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək. Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub. Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək. aia.az Geri dön |