Ana Sayfa > Özəl > Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.


4-03-2023, 19:06. Yazar: sevinc1
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Qoşulmama Hərəkatı - özlərini heç bir hərbi bloka tərəfdar olmadığını bildirmiş ,120 dövlətin üzv olduğu və digər 17 ölkənin 10 beynəlxalq təşkilatın beynəlxalq müşahidəçi statusunda çıxış etdiyi təşkilatdır.Hərəkatın yaradılması ideyası 1955 çi ildə İndoneziyada keçirilən Bandunq konfransında irəli sürülmüşdür.1961 çi ildə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan edilib . Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasət yenidən Azərbaycan Respublikası heç bir hərbi bloka qoşulmamaq mövqeyi tutulmuşdur.26 may 2011 çi ildə İndoneziyanın Balı adasında Hərəkata üzv olan dövlətlərin yekdil fikri və dəstəyi ilə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilmişdir.
2019 cu ildə Qoşulmama Hərəkatı ölkələrinin yekdil fikir və qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 il müddətinə Qoşulmama Hərəkatına sədrlik etməyə başladı.
2023 cü ildə Azərbaycan respublikasının Qoşulmama Hərəkatına sədrliyi 1 il müddətinə uzadıldı.Bu Azərbaycan respublikasının beynəlxalq aləmdə artan nüfuzunun və prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin mühüm göstəricisidir.
Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2023 cü il 2 mart tarixində Qoşulmama Hərəkatının Covid 19 a qarşı mübarizə üzrə təmas qrupunun Zirvə toplantısı keçirilmişdir.Azərbaycan Respublikasının bu toplantıda məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməsidir .Zirvə toplantısında Azərbaycan respublikasının prezidenti İlham Əliyev demişdir : Pandemiyanin başlanmasindan dərhal sonra Covid 19 a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Biz 2020 ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində online Zirvə toplantısının keçirilməsi təşəbbüsü irəli sürdük. Mən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyanın çağrılmasını təklif etmişdir. Bu təklif BMT yə üzv olan ölkələr arasında böyük dəstək qazandı. Xüsusi sessiya 2020 ilin dekabrında keçirilib.Tədbirdə 70 çox dövlət və hökumət başçısı çıxış edib . Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb.Qoşulmama hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirirdi .
Prezident İlham Əliyevin nitqinə istinadən qeyd etmək olar kı, Bakı sammiti Qoşulmama Hərəkatı ölkələrinə dünyada sülhün bərqərar olmasında mühüm rol oynamasına imkan verəcək.
İlham Əliyevin sədrliyi ilə keçirilən Zirvə toplantısında Azərbaycanın ölkələr arasında əməkdaşlığın inkişafına sadiqliyi yüksək qiymətləndirilib.Həmçinin İlham Əliyev Zirvə toplantısında 44 günlük Vətən müharibəsinə də toxunmuş, müharibə dövründə baş vermiş terror aktları barədə də məlumat vermiş və erməni təcavüzünün Qoşulmama Hərəkatı prinsiplərinə zidd olduğunu qeyd etmişdir. İlham Əliyevin bu çıxışı növbəti dəfə Azərbaycana Beynəlxalq aləmdə müsbət imic qazandırmısdir 2023 cü il 2 mart Zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq hərəkatına çevirir və prezident İlham Əliyevin uğurlu xarici siyasəti ilə Azərbaycanı addım - addım strateji hədəflərinə yaxınlaşdırır.

Bakı şəhəri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin tarix müəllimi,
Mənsimova Leyla Rəşad qızı
Geri dön