Ana Sayfa > Gündəm > Şirvan şəhərində 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə ümumşəhər tədbiri keçirilib

Şirvan şəhərində 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə ümumşəhər tədbiri keçirilib


4-03-2023, 15:44. Yazar: sevinc1
Şirvan şəhərində 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə ümumşəhər tədbiri keçirilib

03 mart 2023-cü il tarixdə Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə ümumşəhər tədbiri keçirildi.Tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov və idman ictimaiyyətinin bir qrup nümayəndələri ilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə qızılgüllər qoyuldu. Daha sonra Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında idmançıların nümunəvi çıxışları izlənildi. Çıxışlardan sonra Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov tədbir iştirakçılarını salamlayaraq, 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə keçirilən ümumşəhər tədbirini açıq elan etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İlk öncə çıxış edən Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov tədbir iştirakçılarını 5 Mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təbrik etdi və bildirdi ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis etmişdir. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulmuşdur. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir.

Daha sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov qeyd etdi ki, idman sahəsində qazanılan uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov bütün idmançıları və idman ictimaiyyətini təbrik edərək, bildirdi ki, bugünkü nümunəvi çıxışlarda bir çox idman növlərinin təmsil olunması idmanın bütün sahələrində şəhərimizdə yüksək keyfiyyətli idmançıların formalaşdığının göstəricisidir. Çıxışlardan sonra şəhərin ictimai-siyasi həyatında fərqlənən, eləcə də idmanın inkişafında göstərdikləri nailiyyətlərinə görə bir qrup məşqçi-müəllim, eləcə də idman sahəsində əldə etdikləri nailiyyətlərinə görə bir qrup idmançılar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının “Fəxri Fərman”ları ilə təltif olundu. Eyni zamanda il ərzində fərqlənən məşqçi-müəllimlər Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırıldı.Sonda birlikdə xatirə şəkli çəkildi.

aia.az
Geri dön