Ana Sayfa > Özəl / Manşet > Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə mühüm məsələlər müzakirə olunub
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə mühüm məsələlər müzakirə olunub3-03-2023, 20:04. Yazar: sevinc1 |
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün iclasında bir çox məsələlərə münasibat bildirilmişdir. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün iclasında bu məsələyə münasibat bildirmişdir: “Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir” Həmçinin məsələnin həllinə konstruktiv yanaşma olmuşdur. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri Geri dön |