Ana Sayfa > Seçki 2024 > Gədəbəydə ​ “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

Gədəbəydə ​ “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir


2-03-2023, 15:42. Yazar: sevinc1
Gədəbəydə ​ “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

​ ​ 02 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tədbirlər planına uyğun olaraq​ Statistika ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycanın memarıdır.” Mövzusunda görüş keçirildi.

​Görüşdə Statistika ərazi partiya təşkilatının sədri​ Namiq Rüstəmov vurğulayıb ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə ölkəmizin iri addımlarla irəliləməsini təmin edib.O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında – 1993-cü ilin iyun ayında xalqın tələb və təkidi ilə hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı real parçalanma, xalqı qardaş qırğını və vətəndaş müharibəsindən özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, siyasi uzaqgörənliyi ilə qurtardığını, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib öz xalqına sahib çıxmasını misilsiz fədakarlıq, qəhrəmanlıq nümunəsi adlandırıb. Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində xaos və anarxiyanın hökm sürdüyü ölkəmiz qısa müddətdə sistemli və hərtərəfli inkişaf yoluna çıxdı və dünya dövlətləri arasında özünəməxsus yerə sahib oldu. Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirən N. Rüstəmov ​ Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini ,milli qurtuluşdan başlanan Zəfər yolu xalqımızı tarixi Qələbə gününə qədər aparıb. Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi.

​Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını qeyd edən YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini,həyata keçirilən çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində sabitlik diyarı və inkişaf məkanı kimi tanınan, postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu qətiyyətlə nümayiş etdirən, regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəliləyən ölkəmizin dünya birliyindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.Ulu Öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Görüşdə​ çıxış edən digər​ gənclər​ Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıblar.
Geri dön