Ana Sayfa > Aia TV > "Rejissorlar bizdən qorxurlar"

"Rejissorlar bizdən qorxurlar"


2-07-2016, 13:08. Yazar: admin
"Rejissorlar bizdən qorxurlar"






Xalq artisti Rəfael Dadaşov rejissorlardan şikayətlənib.

Aia.az-ın məlumatına görə, aktyor "10-dan sonra" verilişində onu yeni çəkilən filmlərə, seriallara dəvət etmədiklərini deyib.

R.Dadaşov bildirib ki, rejissorlar onun istəyəcəyi qonorardan qorxurlar:

"Biz xalq artistləri seriallara çəkilmirik. Bunu da bizə irad tuturlar. Günah bizdə deyil, rejissorlar dəvət etmir. Onlar bizdən qorxurlar. Bizi Hollivud ulduzu hesab edirlər. Düşünürlər ki, Tom Kruz 20 milyon dollar alırsa, biz 10 min istəyərik.

Qaçmayın sənətkarlardan. Nə olsun o birilərindən bahalıdırlar. Siz nəticədəki keyfiyyətə baxın. Bizim çəkildiyimiz filmlər indiyədək yaşayırlar. Çünki biz sənəti sevərək çəkilirik. İndi çox seriallar çəkilir, amma yadda qalmır".

Aktyor bu yaxınlarda onu seriala dəvət etdiklərini, amma alınmadığını bildirib:

"Bu yaxınlarda məni bir fırıldaqçı çağırdı. Müəyyən məbləğ dedim, elə də böyük deyildi. Ssenarini verdi, oxudum. Sonra o insandan xəbər çıxmadı".

aia.az
Geri dön