Ana Sayfa > Manşet / Gündəm > “Tərtər işi” ilə bağlı zərərçəkənlərin sayı

“Tərtər işi” ilə bağlı zərərçəkənlərin sayı


1-03-2023, 16:04. Yazar: sevinc1
“Tərtər işi” ilə bağlı zərərçəkənlərin sayı

“Tərtər işi” ilə bağlı iki cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb”.

aia.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib.

Onun sözlərinə görə, qeyd edilən cinayət işləri üzrə doqquz nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib:

“İstintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir”.

Qeyd edək ki, bəzi sosial media səhifələrində “Tərtər işi” dair istintaq olunmuş üç cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilib.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtidai istintaq davam edir.

Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.

Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. /Oxu.az

aia.az
Geri dön