Ana Sayfa > Siyasət > ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışdı
ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışdı1-07-2016, 21:07. Yazar: admin |
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin mövqelərini yaxınlaşdırmaq üzərində işi davam etdirirlər. Trend-in məlumatına görə, bunu Bakıda ABŞ-ın Müstəqillik günü münasibətilə təşkil edilən rəsmi qəbulda Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib. Diplomat bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi hələ məlum deyil. Səfir xatırladıb ki, ABŞ-ın dövlət katibi ötən gün telefonla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib: "ABŞ münaqişənin həllinə böyük səy göstərir". aia.az Geri dön |