Ana Sayfa > Gündəm > Azərbaycanda qadınlar da minatəmizləmə əməliyyatlarına cəlb olunur?

Azərbaycanda qadınlar da minatəmizləmə əməliyyatlarına cəlb olunur?


28-02-2023, 15:04. Yazar: sevinc1
Azərbaycanda qadınlar da minatəmizləmə əməliyyatlarına cəlb olunur?

"Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib".

aia.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı seçim aparılır.

V.Süleymanov bildirib ki, qadınların minaxtarma əməliyyatlarına cəlb olunması üçün müəyyən müddət lazımdır:

"Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar".

aia.az
Geri dön