Ana Sayfa > Parlament > Ana öldü, 16 yaşlı oğlunun vəziyyəti ağırdır - Ağır qəza
Ana öldü, 16 yaşlı oğlunun vəziyyəti ağırdır - Ağır qəza1-07-2016, 20:53. Yazar: admin |
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumatına görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 1969-cu il təvəllüdlü Almaz Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Onun oğlu, 2000-ci il təvəllüdlü Dulqay Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. aia.az Geri dön |