Ana Sayfa > Özəl > İncəsənətimizin bu günki vəziyyəti :

İncəsənətimizin bu günki vəziyyəti :


28-02-2023, 11:36. Yazar: sevinc1
İncəsənətimizin bu günki vəziyyəti :

Sovet dövrü hər zaman müstəqilliyimizin və azadlığımızın məhdudlaşdığı dövr kimi xatırlanır. Lakin Sovet dövrü həmdə mədəniyyətimizin yüksəldiyi dövr kimi xatırlanır. XXI əsrlərin ilk 10 illiyində isə "müasirləşmək" adı ilə sanki çox şey süquta uğradı. Xüsusilə də musiqimiz.
Nədir buna səbəb ?
İlk öncə dəyərli sənətkarlar vardı,onlar musiqini öz övladları kimi sevir və incəsənətimizi qoruyurdular.
Dəyərli sənətkarlarımız uzun illər öz əsas kumirinə – Musiqiyə sədaqətlə xidmət etdilər. Onlar böyük məhəbbətin,xilaskar sevginin əsrarəngiz labirintlərindən keçərək pərəstişkarlarının ürəyini mahnıları ilə riqqətə gətirməyi bacarırdılar və o möhtəşəm əsərlər qətiyyən unudulmurdu. Çünki,həmin dövr sənətkarları sadəcə oxumurdu,oxuduğları hər bir mahınını yaşayırdılar,hər bir nəğməyə ürəylərini qoyardılar. Onlar həm musiqi təhsili almış,həm böyük bəstəkar və şairlərlə işləmiş,təkmilləşmiş və mədəniyyətin nə olduğunu anlayaraq yaşayıb yaratmışlar.
İndi isə çox şey yalnız şəxsi mənafe xatirinədir. Amma əvvəlcə sənət, sonra isə pul gəlməlidir.
Hazırda Azərbycanda belə bir paradoks var - sənətə dəxli olmayan adamlar sənətdə meydan oxuyurlar. Onların "reytinqi" əsil sənətkarlardan çox-çox yüksək sayılır.
Keçmişdə televiziya və radio, mətbuat üzərində senzura, bu işi həyata keçirən qurum var idi. Düzdür, o vaxtlar bu qurum sovet ideologiyasına xidmət edirdi. Artıq bu gün nə Sovet İttifaqı var, nə də onun ideologiyası. Fikrimcə, nəzarət bu gün millətimizin əxlaqını və tərbiyəsini qorumağa qadir yeganə vasitədir. Biz müstəqil, demokratik dövlətik. Demokratik cəmiyyət nə anarxiyanı, nə də xaosu təbliğ edir. Amma bu gün televiziyalar millətimizin mədəni səviyyəsini aşağı salır.
İncəsənət elə bir sahədir ki, burda birdən birə populyarlaşan yox,illərlə zəhmət çəkən əsl sənətkarlar yaddaşlarda qalacaq. Uzunmüddət klassik,retro,xalq mahnıları üzərində müşahidələr aparan,onları həddən artıq çox sevən və keyfiyyət tərəfdarı olan biri kimi musiqimizin sabahı məni narahat edir. Nə qədər ki, səsi olmayanlar,lüzumsuz danışıqlarla gündəmdə qalanlar,şou-biznes adlanan bataqlıqda hərlənənlər var,yüksəlişdən söz gedə bilməz.
Doğrudur, ara sıra keyfiyyətli musiqilər yazılır.Lakin cümlədən göründüyü kimi ara-sıra.
Tele-radio kanallarına savadlı və peşəkar musiqişünaslar işə götürülməlidir. Musiqi təbliğatı kanalın reytinqi xatirinə aparılmamalıdır. Müntəzəm şəkildə Bəstəkarlar İttifaqı və Mədəniyyət Nazirliyinin müvafiq strukturları ilə məsləhətləşmələr aparılmalıdır. Ayrı-ayrı mütəxəsisslərin rəyləri nəzərə alınmalıdır, onların tövsiyələri həyata keçirilməlidir. Mətbuatda çıxan tənqidlərə ciddi yanaşılmalıdır…Nəticədə, bu işə ehtirasla yox, ağılla yanaşılmalıdır.
Müşahidə apardıqda,fikir verirəm ki, xaricilər bizim musiqi qarşısında baş əyir,sevir,həzz alır,dinlədikcə dinləmək istəyir. Bəs özümüz niyə bu zəngin sərvətimizi irəlilətməyə çalışmırıq?
Axı musiqi ruhun qidasıdır. Gəlin ruhumuzu pak,təmiz,əsrarəngiz musiqiyə təslim edək. İşimizə yüksək sevgi,keyfiyyət və ağılla yanaşaq. Qoy biz olmayandan sonra da bizi incəsənət adlı tarixdə mükəmməl sənətkar olaraq xatırlasınlar.

Rəna Baxşəliyeva, ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü
Geri dön