Ana Sayfa > Media > XƏBƏRDARLIQ! Bakının bu ərazilərində su kəsiləcək - FOTO

XƏBƏRDARLIQ! Bakının bu ərazilərində su kəsiləcək - FOTO


1-07-2016, 18:02. Yazar: admin
XƏBƏRDARLIQ! Bakının bu ərazilərində su kəsiləcək - FOTO





Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş vermişdir.

"Azərsu" ASC-dən Aia.Az-a verilən məlumata görə, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


aia.az
Geri dön