Ana Sayfa > Seçki 2024 > YAP Şəmkir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərini davam etdirir

YAP Şəmkir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərini davam etdirir


23-02-2023, 17:14. Yazar: sevinc1
YAP Şəmkir  rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərini davam etdirir

YAPartiyası Şəmkir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Kür qəsəbə 2-saylı tam orta məktəb ərazi partiya təşkilatında “Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti” adlı tədbir keçirilib. 
Əvvəlcə tədbirdə Ulu öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Kür qəsəbə 2-saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Ruhiyyə Rəfiyeva tədbirin Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə təşkil olunduğunu söyləyib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyətindən, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən bəhs edib.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bu gün ümummilli lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Tədbirin sonunda partiya sıralarına qəbul olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Geri dön