Ana Sayfa > Seçki 2024 > Zaqatala gəncləri üçün "Sahibkarlığın inkişafı" mövzusunda təlimlər həyata keçirilib

Zaqatala gəncləri üçün "Sahibkarlığın inkişafı" mövzusunda təlimlər həyata keçirilib


23-02-2023, 12:24. Yazar: sevinc1
Zaqatala gəncləri üçün "Sahibkarlığın inkişafı" mövzusunda  təlimlər həyata keçirilib

Zaqatala gənclərinin maarifləndirilməsi üçün “Sahibkarlığın inkişafı - təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda təlimlər keçirilib. 
4 gün davam edən layihə çərçivəsində Zaqatalanın Car, Aşağı Tala, Muxax və Danaçı kəndlərində yaşayan, sahibkarlığa marağı olan gənclər üçün iki hissəli təlim proqramı təqdim olunub. 
Birinci hissədə təlimçi İlkin Həbilov tərəfindən layihə iştirakçılarına “Mən biznesmen ola bilərəm?”, “Nə üçün biznes?”, “Biznes qurmağa qarşı olan içimizdəki müqaviməti necə aradan qaldıraq?”, “Biznesmen hansı keyfiyyətlərə sahib olmalıdır?” mövzularında  ətraflı məlumat verilib.
İkinci hissədə isə iştirakçılar “Biznesdə doğru zaman formaları”, “Biznesin formaları hansılardır?”, “Biznes sahələri” və “Doğru biznes ideyasının seçimi” mövzularında məlumatlandırılıblar. 
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi”nin qaliblərindən biri olub.
Geri dön