Ana Sayfa > Seçki 2024 > MÜNHEN TƏHLÜKƏSİZLİK KONFRANSI AZƏRBAYCANIN NÖVBƏTİ QƏLƏBƏSİ İLƏ YADDA QALDI

MÜNHEN TƏHLÜKƏSİZLİK KONFRANSI AZƏRBAYCANIN NÖVBƏTİ QƏLƏBƏSİ İLƏ YADDA QALDI


22-02-2023, 20:34. Yazar: sevinc1
MÜNHEN TƏHLÜKƏSİZLİK KONFRANSI AZƏRBAYCANIN NÖVBƏTİ QƏLƏBƏSİ İLƏ YADDA QALDI

Fevralın 18-də cənab Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda iştirak edib. Münxen Təhlükəsizlik Konfransı dünyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ən aparıcı forumdur.
fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşdə ölkə başçımız Azərbaycanla Ermənistan arasında sülh sazişinin beynəlxalq norma və prinsiplər əsasında imzalanması və müqavilədə Qarabağ haqqında hər hansı bir müddəanın yer almaması barədə qəti mövqeyini bildirdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Azərbaycanın sülh təklifinə Ermənistanın cavab təklifinin incələndiyini bildirən ölkə başçımız qarşı tərəfdən bu istiqamətdə kifayət qədər olmasa da, müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdırdı.
İclasın builki həyata keçirilən 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qatıldığı Konfransda 800 nəfərdən çox iştirakçı dəvət olunub. Həmçinin Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edib. Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır. Ölkəmiz Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində də müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal təmsil olunur.

Üçtərəfli görüşdə Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Eyni zamanda, Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu da açıqlayıb. Lakin bunun Rusiya vətəndaşı Vardanyanın Azərbaycan ərazisini tərk edəcəyi təqdirdə reallaşacağını deyib. Ölkə başçımız qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər: "Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön