Ana Sayfa > Seçki 2024 > Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın

Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın


22-02-2023, 13:25. Yazar: sevinc1
Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın

Bu ilin 18 fevral tarixində Münxen Konfransında Azərbaycan artıq qalib ölkə olaraq iştirak etdi. Münxen Konfransında iştirakın daha bir mühüm faydası Azərbaycanın Qarabağın bərpası baxımından yeni investisiyalar cəlb edə bilməsi üçün şəbəkə qurmaq, onu genişləndirmək imkanıdır. Prezident cənab İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını bildirdi.Müzəffər Ali Baş Komandan İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.
Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Heç şübhəsiz, o tarixi debatda Prezident cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə elə həmin sentyabr-noyabr ayında 44 günlük Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.İclasda çıxış edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bildirib: Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır.Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik.
Bu görüşü konstruktiv görüş kimi qiymətləndirən Prezident bildirib ki, . “Görüş zamanı bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu.Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil.Laçın-Xankəndi yolundakı vəziyyət müzakirə edildi. Burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı


Geri dön