Ana Sayfa > Siyasət > Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"1-07-2016, 15:15. Yazar: admin |
"Ümid edirəm ki, bizim aramızdakı təmaslar iki ölkə arasında münasibətlərin normallaşması sahəsindəki praktik fəaliyyətlərə düzgün ton verəcək". Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə keçirilən görüşdə deyib. O bildirib ki, hazırda ehtiyac olan məsələlərin müzakirəsi üçün yaxşı imkan var. M. Çavuşoğlu isə onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət etdiyi üçün Sergey Lavrova təşəkkür edib: "Hər iki ölkə prezidenti telefonla danışıb. Bu danışıq çox konstruktiv keçib və onlar bizi bu müzakirələri davam etdirərək münasibətləri normallaşdırmaq və əlaqələri lazımi səviyyəyə çatdırmaq barədə təlimatlandırıblar". aia.az Geri dön |