Ana Sayfa > Ölkə > İtin güllələnməsinə etiraz edən qadın silahla hədələndi
İtin güllələnməsinə etiraz edən qadın silahla hədələndi21-02-2023, 12:07. Yazar: sevinc1 |
![]() Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub. Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. aia.az Geri dön |