Ana Sayfa > Gündəm > Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu

Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu


21-02-2023, 09:04. Yazar: sevinc1
Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “ Dağları aşmaq Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva iştirak etsinlər. Plenar iclasda Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak ediblər. Moderator Kristof Heusgen iclasda bildirmişdir ki, tarixdə ilk dəfədir ki, üç ölkənin rəhbərləri görüşür. Nikol Paşinyan iclasda ölkəsinin davamlı sülhə ehtiyacı olduğunu qeyd edib. Ermənistan Dağlıq Qarabağı danışıqlar prosesində təmsil etmir.
Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açmışdır. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2020-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan arasında 44 günlük müharibə baş verdi. Azərbaycan xalqı bu müharibənin çətinliyini gördü. Qarabağ müharibəsi böyük dağıntılar və əziyyətlərə səbəb oldu. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur.
Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 13360 yaşayış və qeyri yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəymişidir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan ədaləti güc vasitəsilə həll etməyə məcbur oldu. Çünki düşmən heç bir qətnamələrə əməl etmirdi və torpaqlarımızın 20%-i düşmən tapdağı altında idi. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər.

Nəsimi rayon sakini
Ağaquliyeva Aytac
Geri dön