Ana Sayfa > Özəl > Gənclərə vətənpərvərlik hissinin aşılanması
Gənclərə vətənpərvərlik hissinin aşılanması18-02-2023, 13:30. Yazar: sevinc1 |
Vətənpərvərlik insanları öz vətənlərinə doğma torpaqlarına bağlayan müqəddəs bir hisdir. O elə bir hisdir ki, hər kəsə nəsib olmur və nəsib olan kəslər öz vətənləri uğrunda heç düşünmədən canlarından keçməyə hazırdırlar. Çox sevindirici və qürur verici bir haldır ki, Azərbaycan xalqı çox vətənpərvər xalqdır. Bunun ən bariz nümunəsi 44 günlük Zəfər yolumuzdur. Bu yolda qələbə qazanmağımızda isə bizlərə vətənpərvərlik hissini aşılayan, bizə vətəni sevməyi, onu qorumağı öyrədənlərin böyük rolu var. Əgər o insanlar bizə vətənpərvərlik hissini aşılamasaydılar bəlkədə artıq Azərbaycan deyə bir öklə yox idi, düşmənlər tərəfindən parça-parça edilmiş və artıq tarix kitablarının tozlu səhifələrində öz yerini almışdı. Vətənpərvərlik hissi ailədən başlayaraq aşılanır, məktəbdə daha da artır və artıq məktəbi bitirdikdə ən yüksək səviyyəyə çatır. Uşaq vaxtı ətrafı tam dərk etmədiyimizə görə hər şeyi öz balaca oyun dünyamızdakı kimi görürük və televizorda, ya da başqa bir yerdə vətənpərvərlik mövzusunda nə iləsə rastlaşdıqda bunun əyləncəli bir oyun olduğunu düşünürük. Buna görə də ailədə vətənpərvərlik hislərinin uşaqlara ötürülməsi oyunlarla, müxtəlif kekayələrlə baş tutur. Bir qədər böyüyürük və artıq məktəbə getməyə başlayırıq. Burada vətənpərvərlik mövzusu ailədəkinə nisbətən daha çox aşılanır, çünki uşaqların artıq dünyagörüşü formalaşır və ətrafında baş verənləri dərk edir. Məktəb vaxtı şagirdlərə vətənpərvərlik mövzusunda dərslər keçilir, şeirlər öyrədilir. 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə əlaqədar tədbirlər həyata keçirilir. Bu tədbirlərdə müəllimlər şagirdlərə bu vətəni qorumaq üçün hansı çətinliklərə sinə gərdiyimiz haqda məlumat verirlər, vətəni sevməyin nə dərəcədə müqəddəs olmasından və onun önəmindən danışlır. Artıq 10-cu, 11-ci siniflərdə "Çağırışa qədərki hazırlıq" fənni keçilir ki, bu fənn şagirdlərə vətəni sevməyin, onu qorumağın necə şərəfli bir iş olduğunu daha yaxşı dərk etdirir. Məktəb həyatı bitdikdən sonra gənclər artıq kifayət qədər bu hissi özlərində formalaşdırmış olurlar. Amma mən belə düşünürəm ki, bütün bunlara baxmayaraq vətənpərvərlik daha çox insanın qanından asılıdır. Əgər bir insanın qanında zərrə qədər belə vətənpərvərlik hissi yoxdursa, o insan heç vaxt nə vətənini, nə də millətini sevə bilməz. Rəvan Qələndərov , ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü Geri dön |