Ana Sayfa > Özəl > MİNGƏÇEVİRİ QAFQAZIN ENERJİ MƏRKƏZİNƏ ÇEVİRƏN ULU ÖNDƏR HEYDƏR ƏLİYEV OLUB
MİNGƏÇEVİRİ QAFQAZIN ENERJİ MƏRKƏZİNƏ ÇEVİRƏN ULU ÖNDƏR HEYDƏR ƏLİYEV OLUB17-02-2023, 14:27. Yazar: sevinc1 |
Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti artıb. Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqəti cəlb edir. Prezidentimiz cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən tədbirlər, əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır. "Azərbaycan" İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Ümumilikdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir. Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində “Azərenerji” tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılacaq. Bundan əlavə, yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək, 500 və 330 kv-luq yarımstansiyalarda kompleks genişləndirmə işləri aparılacaq. Beləliklə, Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni və nəhəng elektrik stansiyası yaradılacaq. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək. Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün “Azərbaycan” İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək, 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Belə ki, 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7-ci və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək və beləliklə ildə 0,8-1,2 milyard kubmetr qaza qənaət olunacaq. Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda, yüksək səmərəliliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 milyard kilovat-saat təşkil edəcək. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |