Ana Sayfa > İdman > Yalnız Bakıda, yalnız Uiks

Yalnız Bakıda, yalnız Uiks


1-07-2016, 13:10. Yazar: admin
Yalnız Bakıda, yalnız Uiks






"Qəbələ"nin futbolçusu Teo Uiks tarixə düşüb.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, liberiyalı yarımmüdafiəçi 2016/17 mövsümünün ilk het-trikinin müəllifi olub.

Belə ki, I təsnifat mərhələsinin 52 qarşılaşmasında yalnız Teo 3 qol vurmağı bacarıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 48 qarşılaşmasında belə məhsuldarlıq göstərən ikinci futbolçu olmayıb.

Gürcüstanın "Samtredia" klubunun qapısından 3 qol keçirməklə 5:1 hesablı qələbədə pay sahibi olan Uiks həm də Avropa Liqasının bombardirləri siyahısına başçılıq edir.

aia.az
Geri dön