Ana Sayfa > Seçki 2024 > AZAL Parisə uçuşları bərpa edir

AZAL Parisə uçuşları bərpa edir


16-02-2023, 16:53. Yazar: sevinc1
AZAL Parisə uçuşları bərpa edir

Bu yaz "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.

Cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz.

Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Geri dön