Ana Sayfa > Şou-biznes > Acun Ilıcalı da ianə etdi

Acun Ilıcalı da ianə etdi


16-02-2023, 14:09. Yazar: sevinc1
Acun Ilıcalı da ianə etdi

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayım ediblər.

aia.az axşam.az-a istinadən xəbər verir ki, gecədə ianə edənlərdən biri də "TV8"in rəhbəri Acun Ilıcalı olub. O, ailəsi və özünün adından 5 milyon lirə ianə edib.

"4 qızım və öz adımdan zəlzələdən zərərçəkənlər üçün toplam 5 milyon lirə bağışlamaq istəyirəm" deyə, Acun açıqlamasında bildirib.

Qeyd edək ki, gecədə studiyaya gələn zənglər vasitəsiylə 115 milyard 146 milyon 528 min lirə (10 milyard manatdan çox) toplanıb. Mesajlardan isə ümumilikdə 9 milyon 10 min lirə yığılıb.
Geri dön