Ana Sayfa > Gündəm > Qeydiyyat və Notariat Baş İdarəsinin rəhbərliyi və kollektivi tərəfindən dövlət tapşırıqlarının səmərəli icrası yüksək səviyyədə təmin edilir

Qeydiyyat və Notariat Baş İdarəsinin rəhbərliyi və kollektivi tərəfindən dövlət tapşırıqlarının səmərəli icrası yüksək səviyyədə təmin edilir


15-02-2023, 12:00. Yazar: sevinc1
Qeydiyyat və Notariat Baş İdarəsinin rəhbərliyi və kollektivi tərəfindən dövlət tapşırıqlarının səmərəli icrası yüksək səviyyədə təmin edilir

Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönü tədbirlər nəticəsində təmin olunan davamlı iqtisadi inkişafın təzahürü kimi Azərbaycanda mülki dövriyyənin davamlı olaraq artması müşahidə olunur. Bu isə öz növbəsində əmlak hüquqlarının həyata keçirilməsində yardımçı olan notariat xidmətlərinin genişləndirilməsinə də təsir edir. Dümək olar ki, hər il bu artım təxminən 20 faizdən bir qədər yuxarı olur. Təbii ki, bu dinamika fonunda qeydiyyat əməliyyatları və notariat hərəkətləri sahəsində yeniliklərin, o cümlədən innovativ həllərin tətbiqi də zəruridir. O cümlədən artıq neçə müddətdir ki, “ASAN xidmət” mərkəzlərində göstərilən notariat xidmətlərində də son vaxtlar böyük artım müşahidə olunur. Ötən illərdə xüsusilə ölkənin rayon və bölgələrində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində ədliyyə xidmətlərinin təşkili məqsədi ilə müvafiq kadrların seçilməsi və qurumların zəruri texniki kommunikasiya və informasiya resursları ilə təmin edilməsi istiqamətində əhatəli işlər görülüb.
Notariusların fəaliyyətinin daha səmərəli şəkildə təşkili üçün yeni imkanların yaradılması, əhalinin məsafədən xidmətlərə tələbatını nəzərə alan notariat prosedurlarının müəyyən edilməsi, rəqəmsallaşma dövründə elektron notariatın geniş tətbiqinin hüquqi əsaslarını müəyyən edən, ölkə başçısının təşəbbüsü ilə “Notariat haqqında” Qanuna edilmiş institusional dəyişikliklər sözsüz ki, Azərbaycan notariatının yeni inkişaf mərhələsi kimi qiymətləndirilməlidir. Məzh bu yeniliklərdən biri kimi notariusların peşə ixtisasının artırılması və notariat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyan Azərbaycan Notariat Palatasının təsis edilməsini göstərmək olar. Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin sosial sahədə də həyata keçirdiyi tədbirlər də diqqətəlayiqdir. Eyni zamanda, yerli qeydiyyat və notariat orqanları işçilərinin peşə ixtisasının artırılması məqsədi ilə il ərzində müxtəlif mövzularda təlimlər keçirilir, yardımçı vəzifələrdə çalışan əməkdaşların təlim üzrə qiymətləndirilməsi aparılır.
Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan vətəndaşlarına göstərilən notariat xidmətlərinin həm şaxələndirilməsi, həm də keyfiyyətinin daha da yüksəlməsi ilk növbədə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında ölkənin ədliyyə sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatların effektivliyinin nəticəsidir. Bununla yanaşı bu sahədə çalışan insanların dövlətin siyasətini yerlərdə düzgün şəkildə həyata keçirmək üçün göstərdikləri səylər də qeyd olunmalıdır. O cümlədən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəhbərliyi və kollektivi də dövlətimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və səmərəli şəkildə icrasını təmin üçün hər zaman bütün potensiallarını səfərbər edərək, bilik və bacarıqlarını əsirgəmədən çalışırlar. Əldə olunan uğur və nailiyyətlərdə bu kollektivin də danılmaz xidmətləri vardır.
Lakin çox təəssüflər olsun ki, bu gün ölkə mətbuatında hələ də arzuolunmaz dərəcədə tez-tez rast gələ biləcəyimiz “qara piar” kampaniyaları bu sahəni təmsil edən şəxslərdən də yan keçməmişdir. Bu günlərdə internet saytlarından birində Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanovun fəaliyyəti ilə bağlı heç bir dəlil-sübuta əsaslanmayan, aşkar böhtan xarakterli bir yazıya rast gəldik. Marağımızı ilk öncə cəlb edən məqam bu oldu ki, həmin yazıda irəli sürülən ittihamlar, hətta konkret işlənən ifadələr hələ bir neçə il bundan əvvəl tamamilə başqa bir sahədə çalışan digər bir məmur barədə hazırlanmış materialda istifadə olunmuşdu. Bu, bir daha sübut edir ki, belə yazılar “növbətçi” xarakter daşıyır və həmin saytın redaksiyasına bu və ya digər dövlət qulluqçusu (və yaxud da iş adamı və ya hər hansı bir sahəni təmsil edən istənilən şəxs) barədə kampaniya başlamaq sifarişi daxil olana qədər arxivdə saxlanılır. Sifariş daxil olduqda isə, həmin yazıya dərhal yeni ad, soyad, vəzifə daxil edilir və müəyyən zəruri düzəlişlər olunaraq dərc edilir. Mehman Soltanovun özünə gəlincə isə, bu idarə rəhbərinin istər şəxsi həyatında, istərsə də işində son dərəcə dürüst və məsuliyyətli bir insan olduğunu istər rəhbərlik etdiyi kollektiv, istərsə də Mehman müəllimi bütün tanıyanlar yaxşı bilirlər. Mehman Soltanovun Azərbaycan dövlətçiliyinə olan sədaqəti, peşəkarlığı və yüksək insani keyfiyyətləri ona qarşı qərəzli məqsədlərlə irəli sürülən istənilən uydurma ittihamların qarşısında dura biləcək ən etibarlı sipərdir.

Elbrus Bağırov
aia.az
Geri dön