Ana Sayfa > Özəl > Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq
Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq15-02-2023, 11:25. Yazar: sevinc1 |
Öz inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən 20 il ərzində bütün sahələrdə uğurlar əldə edilmişdir. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti dayanır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Əhalinin enerji, təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bunun nəticəsidir ki, artıq ölkəmizdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilir. Qeyd edim ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilmişdir. Mingəçevir nəinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətinə daha da artıracaqdır. Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Məhz Ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli atılmışdır. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başladı. İki ildə 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi 44 günlük Vətən müharibəsi dövründə Mingəçevir Elektrik Stansiyasının əhəmiyyəti bir daha təsdiqləndi. Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı. Qazanılan zəfər isə ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcını özündə əks etdirdi. Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Fatimə Talıbzadə Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |