Ana Sayfa > Seçki 2024 > Gəncədə 37 yaşlı kişi məhkəmənin qarşısında özünü yandırıb

Gəncədə 37 yaşlı kişi məhkəmənin qarşısında özünü yandırıb


14-02-2023, 19:33. Yazar: sevinc1
Gəncədə 37 yaşlı kişi məhkəmənin qarşısında özünü yandırıb

Gəncə sakini özünü yandırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncənin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 1986-cı il təvəllüdlü Həsənov Fariz Faiq oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.

Fariz Həsənovun hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Geri dön