Ana Sayfa > Ölkə > Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb

Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb


14-02-2023, 14:59. Yazar: sevinc1
Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb

Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi açıqlanıb.

aia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır göndərilib:

“Böyük çadırlar 30 nəfərlikdir. 25 minə yaxın adyal, eyni zamanda 401 ton tibbi ləvazimat, 1 200-dən çox generator göndərilib. Bəziləri böyük olduğu üçün təyyarə ilə yollanıldı”.

O qeyd edib ki, zəlzələ bölgəsinə 6 240 ədəd qızdırıcı, 737 ton qida məhsulları göndərilib:

“Bu gün hər bir corab, papaq da önəmlidir. Bu dəstəyi edən azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm”.
Geri dön