Ana Sayfa > Siyasət > XİN Ştaynmayerin Saakyan ilə görüşünü şərh etdi
XİN Ştaynmayerin Saakyan ilə görüşünü şərh etdi30-06-2016, 16:25. Yazar: admin |
"Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır". Milli.Az bildirir ki, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank - Valter Ştaynmayerin Ermənistanda Bako Saakyan ilə görüşünü Trend-ə şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev qeyd edib ki, Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək: "Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq". aia.az Geri dön |