Ana Sayfa > Ölkə > Qadınlara qarşı əxlaqsız təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildi

Qadınlara qarşı əxlaqsız təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildi


14-02-2023, 10:06. Yazar: sevinc1
Qadınlara qarşı əxlaqsız təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildi

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.

DİN-in mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir.

aia.az
Geri dön